"Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam".
Oxu.Az xəbər verir ki, bu sözləri lent.az-a müsahibəsi zamanı "Pərvanələrin rəqsi"ndəki "Şahmar" obrazı ilə tanınan aktyor Səmimi Fərhad deyib:
"Mən 1992-ci ildə məcburi köçkün düşmüşəm. Bakıda ayaqyalın, başıaçıq, küçədə əziyyətlə böyümüşəm. Kiminsə adına yalandan sənətkar damğasını yapışdırdıqları halda, mən aktyor ola-ola alçipan vuran fəhlə kimi işləmişəm. Məsələ o deyil. Məsələ odur ki, mən Laçından gələndə hamı bizə qucaq açmayıb. Düzdür, qucaq açanlar olub. Amma ən çox biz əzilmişik, xor baxılıb, "qaçqın" deyə məktəblərdə ələ salınmışıq. Bu dediyim küçə şəraitində 13-14 yaşında pul qazanmağın yollarını axtaran uşaq olmuşam".