Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftədə paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Oxu.Az sentyabrın 28-dən oktyabrın 4-dək olan müddətdə planlaşdırılan mədəniyyət tədbirlərindən bəzilərinin afişasını təqdim edir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
Oktyabrın 1-də saat 19:00-da Şıxəli Qurbanovun "Sənsiz" tamaşası təqdim ediləcək.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.
Biletlərin qiyməti 10-20 manatdır.

Oktyabrın 2-də saat 19:00-da "Qətibə İnanc" tamaşası nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Biletlərin qiyməti: 8-15 manat.

Oktyabrın 3-də saat 19:00-da Cavid Zeynallının "Şükriyyə" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Biletlərin qiyməti 10-20 manatdır.

Oktyabrın 4-də saat 19:00-da Fyodor Dostoyevskinin "Dayının yuxusu" tamaşası olacaq.
Quruluşçu rejissoru Mikayıl Mikayılovdur.
Biletlərin qiyməti 10-25 manatdır.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı:
Oktyabrın 3-də saat 19:00-da Cəfər Cabbarlının "Aydın" tamaşası olacaq.
Quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.
Biletlərin qiyməti 10-25 manatdır.

Oktyabrın 4-də saat 19:00-da Pyer Bomarşenin "Fiqaronun toyu" tamaşası nümayiş etdiriləcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.
Biletlərin qiyməti 8-12 manatdır.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:
Sentyabrın 29-da saat 19:00-da Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası nəzərdə tutulub.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti: 8-15 manat.

Oktyabrın 3-4-də saat 19:00-da "Şahmaran" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova
Biletlərin qiyməti: 10-20 manat.

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):
Sentyabrın 30-da saat 19:00-da "Asılqan" tamaşası nümayiş etdiriləcək.
Tamaşanın quruluşçu rejissoru Abdul Qənidir.
Biletlərin qiyməti 10-15 manatdır.

Beynəlxalq Muğam Mərkəzində:
Sentyabrın 28-də saat 19:00-da "Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı" keçiriləcək.
Biletlərin qiyməti: 10-20 manat.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında:
Sentyabrın 30-da saat 19:00-da "Səməd Vurğun 120 - Musiqili poeziya gecəsi" baş tutacaq.
Biletlərin qiyməti: 10-30 manat.
