Türkiyənin məşhur aktyoru Burak Özçivit Azərbaycana gəlib.
Oxu.Az xəbər verir ki, “Kuruluş Osman” serialında rol alan aktyor kikboksinq turniri ilə bağlı Bakıya səfər edib.
Belə ki, Burak “Qarabağ - Zəfər gecəsi” adlı tədbirdə iştirak edəcək.
Aktyor hava limanında müxbirlərin suallarını cavablandırıb.
Bakıda bir gün qalacağını bildirən Özçivit “Kuruluş Osman” serialında rol alan kikboksçu Zabit Səmədovla dostluğundan da söz açıb:
“Bakıya üçüncü gəlişimdir. Daha əvvəlki gəlişimdə də çox gözəl qarşılamışdınız, bu dəfə də. Burada çox sevildiyimi bilirəm, “Kuruluş Osman” serialı ilə sevgiləri daha da artıb. Qardaşım Zabit Səmədovla birlikdə bu serialda rol alıram, hər şey qaydasındadır. Sizin məşhurlar arasında da ən çox tanıdığım elə Zabitdir, çünki hər gün onunla birlikdəyik. Kikboksinq turniri ilə bağlı Azərbaycana dəvət edildim və maraqla turniri gözləyirəm”.
İkinci övladı doğulacaq aktyor bununla bağlı suallara cavab verərkən uşağın cinsiyyətinin hələ məlum olmadığını da vurğulayıb.
Burak Özçivitin Bakıdan görüntülərini təqdim edirik:
View this post on InstagramDilşad Bəhruzqızı
Daha çox şəkil burada: Photostock.az"Qarabağ" teqi üzrə xəbərlər
- "Məqsədimiz işçi sayını 200 nəfərə çatdırmaqdır" - Xocalıda Prezidentin açılışını etdiyi tekstil müəssisəsindən REPORTAJ - VİDEO
- Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri şoka salan qərar
- Cəbrayılda Bərəkət Festivalı: Azad olunmuş Horovlu kəndində Qurban bayramı - VİDEO
- Azərbaycanın postmünaqişə bərpası sahəsindəki təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəkləndi
- Bəhruz Məhərrəmov: "Azərbaycanın yenidənqurma modeli dünya üçün master-plan ola bilər"
Ən çox oxunanlarDigər xəbərlər