Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əməkdar mədəniyyət işçisi vəfat etdi
Azərbaycanın əməkdar mədəniyyət işçisi, jurnalist Şakir Yaqubov vəfat edib.
Oxu.Az xəbər verir ki, o, 71 yaşında dünyasını dəyişib.
Şakir Yaqubov 1951-ci ildə Astaranın Bala Şahağac kəndində anadan olub. 1974-2000-ci illərdə "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti"), "Həyat" (indiki "Azərbaycan"), "Sirdaş", "Səhər" və "AFFA news", "Panorama" qəzetlərində müqaviləli xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə, sonrakı 10 ildə isə Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, "İqtisadiyyat və audit" elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində çalışıb.
Jurnalist İki dəfə – sovet dövründə (1989-cu il) və müstəqillik illərində (2005-ci il) "Əməkdar mədəniyyət işçisi" fəxri adına, 2014-cü ildə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı (2014), habelə "Qızıl qələm" və Həsən bəy Zərdabi, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb. "Azərbaycan Respublikasının fəxri auditoru" adını almış ilk və yeganə peşəkar jurnalistdir.
"AFFA" teqi üzrə xəbərlər
- AFFA dörd oyunçunu futboldan ömürlük uzaqlaşdırıb: Aralarında tanınmış sima da var
- Bakı metrosunun iş qrafikində dəyişiklik ediləcək
- AFFA "Turan Tovuz"u cəzalandırıb
- AFFA aşağı yaş qrupları üzrə milli komandaların sükanını yerli mütəxəssislərə həvalə edəcək
- Türkiyə futbolunun tanınmış mütəxəssisləri Bakıya gəliblər