Azərbaycanın ilk və lider taksi şirkəti 189 TAXİ bu gün öz ad gününü qeyd edir. Doqquz il boyunca “Daim sizi düşünərək” sloqanı ilə sizlər üçün fəaliyyət göstəririk.
Ötən illər ərzində bir çox yeniliklərə imza atan şirkətimiz bundan sonrada qarşısına ən yüksək hədəfləri qoyur.
İstifadəçilərimizin rahatlığı üçün ilk dəfə taksi çağrı xidməti, onlayn ödəmə, korporativ xidmət, avto dayə və kuryer xidmətləri, onlayn sifariş, xidmət səviyyəsinin ölçülməsi üçün sorğu, brendləşdirilmiş və daim nəzarətdə saxlanılan avtomobillər, uniformalı sürücülər və sərnişinlərimiz üçün salonda yerləşdirdiyimiz jurnallar və s. xidmətləri təqdim etmişik.
Hər bir detalda daima ən yüksək keyfiyyəti hədəf alaraq yaxın gələcəkdə bir çox yeni layihələrimiz işıq üzü görəcək.
Bu doqquz il ərzində bizimlə olduğunuz üçün və bizləri daima öz üzərimizdə çalışmağa ruhlandırdığınız üçün minnətdarıq.
Hər gün iqtisadi və siyasi cəhətdən daha çox inkişaf edən ölkəmizdə sərnişindaşıma sektorunun inkişafına təkan verdiyimiz üçün fəxr edirik.
Daim Sizi düşünərək - 189 Taxi.