Övlad sahibi olmaq ailə quran cütlüklərin əksəriyyətinin ən böyük arzusudur. Lakin son dövrlərdə gündəmi getdikcə daha çox zəbt edən sonsuzluq problemi bəzi cütlüklərin bu arzusunun reallaşmasının qarşısını alır. “Acıbadem” xəstəxanasının təcrübəli mütəxəssisləri vasitəsilə artıq sonsuzluq diaqnozunun səbəbindən asılı olmayaraq hər kəs uşaq sahibi ola biləcək.
1. “Acıbadem”də yumurtaların dondurulması yolu ilə doğurqanlığın qorunması
“Acıbadem Süni Mayalanma Mərkəzi”ndə nəinki sonsuz cütlüklər müalicə edilir, həm də bununla birlikdə böyük əhəmiyyət daşıyan qadın doğurqanlığı da qorunur. “Acıbadem” xanımlara yumurtaların dondurulması və saxlanılması xidmətini təqdim edir. Yumurtaların dondurulması qadın doğurqanlığını qoruma metodudur. Belə cütlüklər daha sonra istədikləri zaman uşaq sahibi olmağı sınaya bilərlər. Əgər hazırda ana olmağa hazır deyilsinizsə, evli deyilsinizsə və ya ailə həyatı qurmaq şansınız yoxdursa, yumurtaların dondurulması yaxşı bir seçimdir. Yumurtaların dondurulması daha sonra hamilə qalmağınız üçün bir şansdır. Bu prosedurda yumurtalıqlarınızdan toplanan yumurtalar döllənmədən dondurulur və daha sonra istifadə edilməsi üçün saxlanılır. Yumurtaların gənc yaşda dondurulması halında uğurlu hamiləliyin və doğum şansının daha yüksək olması bilinən bir həqiqətdir.
2. “Acıbadem” xəstəxanası ana olmaq istəyən ümidsiz cütlüklərə sevinc bəxş edir
Vaxtından əvvəl menopauza riskinin onu yumurtalarından məhrum edə biləcəyi deyildikdə, Emma sarsılmışdı. Ona irsi şəkildə keçən erkən menopauza diaqnozu qoyulmuşdu və həkimlər onun yumurta ehtiyatının çox aşağı olduğunu bildirmişdilər. Emmanın 27 yaşı var idi və bir il idi ki, ailə qurmuşdu. Qarşıdakı illərdə bir uşaq sahibi olmağın xəyalını quran cütlüyün o zaman kritik bir qərar verməsi lazım idi: ya təbii yolla hamilə qalmağa çalışmalı, ya Londonda dərhal süni mayalanma müalicəsinə başlamalı, ya da ki, Emmanın yumurtaları gələcəkdə istifadə edilmək üçün toplanmalı və dondurulmalı idi. Dondurulma məntiqli görünürdü, ancaq internetdə axtarış edərək bunun Böyük Britaniyada həddindən artıq bahalı xidmət olduğunu gördülər.
“Acıbadem”də yumurta dondurulması
Bu gözlənilməz ssenaridən iki il əvvəl İstanbula tətil üçün gələn cütlük “Acıbadem” xəstəxanasının dünya standartlarına uyğun səhiyyə xidmətlərindən istifadə etdilər. Səfər əsnasında Emmanın reflüsü şiddətləndi və onlar “Acıbadem” Xəstəxanasının təcili yardım şöbəsinə müraciət etdilər. O, “Acıbadem” xəstəxanasında olarkən həkimlərin və tibb bacılarının təcrübəsindən, xəstəxananın müasir dizaynından və s. çox təsirləndi. Üstəlik, xəstəxana xidmətlərinin qiyməti Böyük Britaniya ilə müqayisədə daha münasib idi. O belə qənaətə gəldi ki, “Acıbadem” xəstəxanasında sərfəli qiymətlərlə yüksək keyfiyyətli tibbi xidmət almaq mümkündür:
“Acıbadem”ə zəng vurub yumurta dondurulmasının mümkün olub-olmadığını soruşdum. Mənə çox aydın şəkildə məlumat verdilər və ödəniş barədə fikir bölüşdülər. “Acıbadem”də yumurtaların toplanması və dondurulması, dərman müalicəsinin orta qiyməti Londondakı istənilən Süni Mayalanma Mərkəzindəki eyni prosedurların qiymətinin demək olar ki, dörddə birini təşkil edirdi. Qərara gəldik ki, “Acıbadem”ə gələrək yumurtalarımı orada donduraq”, - deyə Emma bildirir. Nəhayət, “Acıbadem Ataşehir Xəstəxanası”na getdilər və “Acıbadem Ataşehir Xəstəxanası”nın IVF şöbəsinin müdiri olan professor Cem Demirel ilə görüşdülər:
“Biz Emmanın yumurtalıq ehtiyatını ölçdük. Çox aşağı idi. Onda irsi şəkildə keçən erkən menopuza var idi. Mən dərhal onun yumurtalarını yığıb dondurmağı təklif etdim. Cütlüyün razılığı ilə prosesə başladıq”, - deyə professor Cem Demirel məlumat verir.
Professor Cem Demirel reproduktiv tibb və sonsuzluq sahəsində geniş təcrübəyə malikdir. O, hər cür sonsuzluq problemi ilə məşğul olur və komandası ilə birlikdə “Acıbadem”də IVF, mayalanma, ICSI, testis sperma alınmasından tutmuş, preimplantasiya genetik diaqnostikasına qədər hər cür köməkçi reproduktiv əməliyyatları həyata keçirir. Komandası ildə təxminən 2000 IVF dövrü həyata keçirir.
Emma deyir ki, onun həmin anda istədiyi şey yalnız ümid olub: “Professor Cem Demirel məni əmin etdi ki, gələcəkdə uşaq dünyaya gətirmək istəsəm və buna hazır olsam, bu yumurtalardan istifadə edə bilərəm. Təbii ki, belə situasiyalarda güclü vədlər verilə bilməyəcəyini anlayıram, amma axtardığım pozitivlik bu idi. Biz gələcəyimizə böyük ümidlərlə Londona qayıtdıq”.
Dondurulmuş yumurta sayəsində ana olmaq
Həkimlərin dediyinə görə, Emma hələ 30 yaşında menopauzaya girib. İki il sonra 2022-ci ilin yanvarında cütlük, professor Cem Demirelin yardımıyla süni mayalanma müalicəsinə davam etməyə və uşaq sahibi olmağa qərar veriblər.
Professor izah etdi ki, dondurulmuş yumurtalar daha gənc olarsa, uğurlu hamiləlik və doğuş şansı daha yüksəkdir. Bu, Emma üçün yaxşı bir xəbər idi. Çünki indi 32 yaşındaydı, amma hələ 27 yaşındaykən yumurtalarını dondurmuşdu.
“Emma həyat yoldaşıyla birlikdə yanıma qayıtdı və illər öncə dondurduğumuz yumurtaları istifadə edə bilib-bilməyəcəklərini soruşdu. Onları elə istifadə etmək məqsədilə dondurduq dedim”, - deyə Cem Demirel əlavə etdi. Süni mayalanma komandası donmuş yumurtaları istifadə etdi və onları həyat yoldaşının sperması ilə döllədi. Embrion yenidən ana bətninə yerləşdirildi. İki həftə sonra Emma gözlədiyi zəngi aldı. O, hamiləydi! Sağlam bir hamiləlikdən sonra onların sevimli qızı Allison 2022-ci ilin oktyabrında dünyaya gəldi.
“Bizə verdiyi xoşbəxtliyə görə “Acıbadem” xəstəxanasına çox şey borcluyuq. “Acıbadem”də mən nəinki ümid və cəsarət aldım, həm də möcüzənin yolunu açan mürəkkəb tibbi yardım aldım. Cem Demirelə, komandasına və bütün “Acıbadem” əməkdaşlarına sonsuz təşəkkürümü bildirirəm. Nəhayət, gənc qadınlara demək istəyirəm ki, gözləmək əvəzinə yumurtalarını dondurmağı düşünsünlər. İndi et, gözləmə”, - deyə Emma cütlüklərə müraciət edir.
3. “Acıbadem” hər cür sonsuzluq problemi ilə məşğul olur
“Acıbadem” sonsuzluq problemi olan insanlara bütün xidmətləri təklif edir. Burada IVF, mayalanma, ICSI, testis sperma alınmasından tutmuş, preimplantasiya genetik diaqnostikasına qədər hər cür köməkçi reproduktiv əməliyyatları həyata keçirilir. “Acıbadem” dünyada ən mürəkkəb sonsuzluq situasiyalarında xidmət göstərən azsaylı müasir IVF mərkəzlərindən biridir.
4. Texnologiya “Acıbadem”də IVF müvəffəqiyyət dərəcələrini artırır
Sonsuzluq problemi yaşayan insanlara texnologiyanın təqdim edə biləcəyi bütün xidmətlər təklif edilir. “Acıbadem” IVF şöbəsi implantasiyadan əvvəl genetik diaqnoz, embrion seçimində süni intellektin istifadəsi, insan embrionlarının laboratoriyada sürətləndirilmiş formada izlənməsi, blastosist kulturası, blastosist embrion transferləri, embrion transferləri, azospermiya kimi inkişaf etmiş sonsuzluq müalicələrini təklif edir.
5. Təcrübəli, təhlükəsiz və təkmilləşdirilmiş IVF klinikası
“Acıbadem Süni Mayalanma Mərkəzi” süni mayalanmada ən son texnoloji avadanlıqlarla təchiz olunub. “Acıbadem”də embrionları izləmək və seçmək üçün süni intellektdən istifadə edilir. Bütün süni mayalanma prosedurlarında təhlükəsizlik bizim üçün hər şeydən öncədir. IVF laboratoriyamızda xəstələrin bioloji materiallarının izlənilməsi və nəzarəti üçün köməkçi reproduksiya laboratoriyalarında istifadə edilən mühüm alət olan elektron şahid sistemindən istifadə edilir. Xəstə IVF bölməsinə daxil olduqda, onun şəxsi məlumatları hüceyrə və yumurtaları ilə birlikdə diqqətlə işarətlənir.
Təcrübəli, yaxşı təlim keçmiş həkimlər və peşəkar heyət IVF mərkəzinin ən vacib sərvətidir. IVF üzərində işləyən komandamız həm həkim, həm də embrioloq kimi çox təcrübəlidir. Onlar həm ölkəmizdə, həm də dünyanın başqa yerlərində öz sahəsində çalışan ən yaxşı kadrlar sırasındadırlar.
6. Süni mayalanma ilə 40 yaşdan sonra hamilə qalmaq şansı
40 yaşından sonra qadınlar üçün hamilə qalmaq şansı əhəmiyyətli dərəcədə azalır və bu yaşdan sonra hamilə qalmaq istəyənlər üçün süni mayalanma ən yaxşı seçimdir. Ginekologiya və Mamalıq (Reproduktiv Endokrinologiya və Sonsuzluq) professoru Cem Demirel:
“Bu cütlüklərin süni mayalanma müalicəsi şansı var, amma gənc qadınlara görə şans daha aşağıdır. “Acıbadem Süni Mayalanma Mərkəzi”ndə bu kimi prosedurlarda çox sayda hamiləlik əldə etdik”, – deyə bildirir.
Əgər “Acıbadem” xəstəxanasının təklif etdiyi xidmətlərlə bağlı daha çox məlumat əldə etmək istəyirsinizsə, “Acıbadem” İnformasiya Ofisləri ilə əlaqə saxlamağınızı tövsiyə edirik. Görüş üçün elə bu gün müraciət edin: +90 216 544 46 64.