Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Azərcell" şirkəti abunəçilərinə müraciət etdi
"Azercell" şirkəti abunəçilərinə hava şəraiti ilə bağlı müraciət edib.
Müraciətdə deyilir:
"Məlumat üçün bildiririk ki, 20 iyun 2024-cü il tarixində axşam saatlarından etibarən respublikanın bəzi bölgələrində güclü küləkli hava şəraiti ilə əlaqədar "Azercell" abunəçilərinin telekommunikasiya xidmətlərindən istifadə zamanı müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür.
Hal-hazırda yaranmış halın aradan qaldırılması və mobil rabitə xidmətlərinin tam bərpası üçün şirkətimiz gücləndirilmiş iş rejimində çalışır, müvafiq ərazilərdə zəruri tədbirlər görülür. Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, ən qısa zamanda xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcək.
"Azercell Telekom" teqi üzrə xəbərlər
- Azərbaycanda 36 000 manatlıq mobil nömrələr hərraca çıxarılır
- "Azercell"dən Lerikdə telekommunikasiya xidmətlərində yaranan çətinliklərlə bağlı AÇIQLAMA
- "Bakı Marafonu 2025" "Azercell Telekom"un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
- "Azercell" və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir
- "Azercell"in dəstəyi ilə informatika fənni üzrə "Bahar Düşərgəsi" təşkil olunub