Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda "ATELIER DI FALCO" kişi geyimləri mağazasının açılışı olub
Bu gün Bakı şəhərində "ATELIER DI FALCO" kişi geyimləri mağazasının açılışı olub.
Oxu.Az xəbər verir ki, mağazada müştərilərə müxtəlif növ kişi üst geyimləri və gözoxşayan ayaqqabılar təqdim olunur.
"ATELIER DI FALCO"da istənilən çeşiddə ayaqqabılar, klassik, sport modelli köynəklər, şalvarlar və digər geyimlər satışa çıxarılıb.
Orijinal istehsal olan geyimlər həm dəblidir, həm də parçaların İtaliya istehsalı olmasına baxmayaraq, sərfəlidir.
Açılış nitqində danışan mağaza sahibi Turqut Abbasov deyib ki, "ATELIER DI FALCO" markası moda industriyasına yeniliklər gətirə biləcək bir brend olmağı hədəfləyib.
Müştərilərin rahatlığını təmin etmək məqsədilə mağazada VİP otaqlar ayrılıb.
Mağazanın açılışında məşhur aparıcı İlkin Həsəni, model Sirac Bəyalızadə, fotoqraf Zeynal Məmmədli, DJ Ayxan və başqa qonaqlar iştirak ediblər.
Mağaza Məmməd Araz küçəsi, 17 ünvanında yerləşir.
Qeyd edək ki, məhsullar xüsusi italyan parçalardan tikilir.
Əlaqə nömrəsi: 0102344185
"Instagram" hesabı: Atelier Di Falco
Rəylər