Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Baku Medical Plaza"da yeni təyinat
Azərbaycanın tanınmış Onko-Hematoloqu, Azərbaycan Hematoloji Mütəxəssisləri Cəmiyyətinin sədri, Avropa və Amerika Hematoloji Onkoloji Asossiasiyasının üzvü, doktor Valeh Hüseynov "Baku Medical Plaza" klinikalar şəbəkəsinin "Babək" filialında Homatologiya şöbəsinin müdiri təyin olunub.
Valeh Hüseynov 1976-ci ildə Naftalan şəhərində anadan olub. O, 1992-1998-cü illərdə Azərbaycan Tibb Universiteti, Pediatriya fakültəsində, 1998-1999-cu illərdə isə Şəhər Onkoloji Dispanseri, internatura təhsili alıb.
2000-2016-cı illərdə Avropa və Amerikanın nüfuzlu universitetlərində Onko-hematologiya və sümük iliyi transplantasiyası üzrə ixtisas artırma kurslarını bitirib.
Avropa və Asiyada nüfuzlu nəşrlərdə əlliyə yaxın elmi məqalələrin müəllifi olan olan Valeh Hüseynov həmçinin bir çox beynəlxalq konfranslarda iştirak edib.
Doktor Valeh Hüseynov 8 iyul tarixindən ölkənin ən nüfuzlu özəl klinikalarından sayılan "Baku Medical Plaza" klinikalar şəbəkəsinin "Babək" filialında xəstə qəbuluna başlayacaq.
"Orqan transplantasiyası" teqi üzrə xəbərlər
- Azərbaycanda orqan bazarı: Sosial şəbəkələrdə gizli elanlar yayıldı, polis hərəkətə keçdi
- "Buffy" ulduzunun ölüm səbəbi məlum oldu
- Azərbaycanlı gənc böyrəyini 200 min dollara satıb - Orqan transplantasiyası şirkəti ifşa edildi
- Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI
- Bu il neçə orqan transplantasiyası əməliyyatı icra edilib?