Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana təhvil veriləcək
Ermənistanın baş naziri Nikol Paşinyan Kirants (Güney) və Açarkut kəndlərində yeni yolun inşası işləri ilə tanış olub.
Respublikanın hökumət başçısı səfəri haqqında görüntüləri özünün "Telegram" səhifəsində paylaşıb.
Onu Tavuş vilayətinin qubernatoru Vahe Qalumyan və digər məsul şəxslər müşayiət ediblər.
Kadrlarda torpaq işləri və drenaj kollektorlarının tikintisi göstərilir.
Yeni yol ona görə tikilir ki, Ermənistandan Gürcüstana gedən magistralda yerləşən körpü delimitasiya nəticəsində Azərbaycana təhvil veriləcək. Bura Kirants kəndində iki ev, yolun bir hissəsi və 50-yə yaxın torpaq sahəsi daxildir.
Kirants kəndinə səfəri zamanı baş nazir, həmçinin Ermənistan və Azərbaycan arasında təchiz edilmiş sərhəd sahəsini nəzərdən keçirib.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Ermənistan daxili işlər nazirinin səlahiyyətlərini icra edəcək şəxs axtarışındadır
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"
- Paşinyan və Ştaynmayer Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər
- Ermənistan KTMT-yə ödənişlərdən İMTİNA ETDİ
- Ermənistan daxilində Paşinyana qarşı təzyiqlər artıb - Xəbərlərin 20:00 buraxılışı