Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Böyük Britaniya lordları ADA Universitetində təşkil edilən konfransda çıxış ediblər
Böyük Britaniya Lordlar Palatasından iki lord - uzun müddət Mühafizəkarlar Partiyasının sədri vəzifəsini icra etmiş Lord Darren Mott və 7 il İşçi Partiyasının Baş Katibi vəzifəsini icra etmiş Lord Iain McNicol ADA Universitetində təşkil edilmiş "Azərbaycanın COP29-da strateji əhəmiyyəti" adlı konfransda çıxış etmək üçün "Qarabağ" Futbol Klubunun prezidenti, iş adamı Tahir Gözelin qonağı olaraq Bakıya səfər ediblər.
Konfransa çıxış edənlər arasında Tahir Gözel, Lord Iain McNicol, Lord Darren Mott və ODI (Dənizlər Ötəsi İnkişaf İnstitutu) Qlobal Risklər və Davamlılıq komandasının direktoru Dr. Rebecca Nadin yer alıblar. Konfrans müddətində Azərbaycanın COP29-da strateji əhəmiyyəti, beynəlxalq əməkdaşlığın inkişafındakı rolu müzakirə edilmiş, tələbələrin sualları cavablandırılıb.
Lord McNicol və Lord Mott COP29 ölkəsini ziyarət etməkdən məmnun olduqlarını, Azərbaycanın töhfələrinə minnətdarlıqlarını bildiriblər.
Lord Iain McNicol və Lord Mott haqqında:
Lord Iain McNicol, Lordlar Palatasının üzvü, həmkarlar ittifaqı üzvü və 2011-ci ildən 2018-ci ilə qədər İşçi Partiyasının baş katibi vəzifəsində çalışmış siyasətçidir. Bundan əvvəl o, GMB İttifaqının Milli Siyasi Məmuru vəzifəsində çalışıb. Iain İnvestisiya və Qənaət Alyansının (TISA) baş məsləhətçisi, Rewired.Earth-da Məsləhət Şurasının sədri, Böyük Britaniyanın Hidrogen Siyasəti Komissiyasının komissarı və Astra Protokolunda strateji məsləhətçisidir.
Lord Darren Mott Mühafizəkarlar Partiyasının onilliklər ərzində ən uğurlu seçki kampaniyası zamanı direktor olub və 2019-cu ilin tarixi nəticəsini təqdim edib. Bu uğurdan sonra o, partiyanın baş direktoru vəzifəsinə yüksəlib. O, səkkiz ümumi seçki kampaniyası üzərində işləyərək altı baş nazirə xidmət edib. Karyerasına partiyada təcrübəçi kimi başlayan Lord Mott, uzun müddət icraçı direktor vəzifəsində fəaliyyət göstərib.
"ADA Universiteti" teqi üzrə xəbərlər
- Ali təhsil sisteminə 7 yeni ixtisas əlavə olunub - Bəs kadr hazırlığı necə gedir?
- Hikmət Hacıyev NATO nümayəndələrini Azərbaycanın təhlükəsizlik siyasəti barədə məlumatlandırıb
- Fuat Oktay: "Bizim güclərimizi birləşdirməyimizə ehtiyac var"
- Əli Əhmədov: "Azərbaycanın müstəqillik əldə etməsi Türkiyə üçün də mühüm hadisə idi"
- İtkin düşəndən sonra nəşi tapılan əsgərin qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edilib
Rəylər