Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
COP29 sədrliyi ilə Beynəlxalq Valyuta Fondunun icraçı direktoru arasında görüş olub
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransı (COP29) sədrliyi ilə Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgieva iqlim davamlılığı üçün maliyyə islahatlarını müzakirə edib.
Oxu.Az xəbər verir ki, bu barədə COP29-un "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, maliyyə naziri Samir Şərifov iştirak ediblər.
Tərəflər iqlim davamlılığı üçün maliyyə islahatlarını və həllərini genişləndirməyi müzakirə edib.
Qeyd edilib ki, müzakirələr dayanıqlı, iqlimə uyğun inkişafı təmin etmək üçün qlobal maliyyə sistemlərini COP29 məqsədləri ilə uzlaşdırmağa yönəlib.
The COP29 President Designate met with IMF Managing Director @KGeorgieva to discuss scaling up financial reforms and solutions for climate resilience. Their conversation focused on aligning global financial systems with #COP29 objectives to ensure sustainable, climate-smart… pic.twitter.com/1Px5nuPHQY
— COP29 Azerbaijan (@COP29_AZ) October 23, 2024
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT