İstənilən şirkətin döyünən ürəyi onun satışlarıdır. Bu göstəricinin artması üçün satış komandasından əlavə bütün heyət maksimum dərəcədə səy göstərir. Lakin bəzi müəssisələrdə idarəetmə sisteminin şirkətə tam uyğun olmaması satış göstəricilərinə mənfi təsir göstərir.
Digər ERP həllərindən fərqli olaraq “Cubics BMS” istifadəçiləri həm yeni sorğuların emalını tez zamanda həyata keçirir, həm də müştəri ilə təkrar əlaqə prosesini nəzarət altında saxlayırlar.
Gəlin bu sistemin korporativ satışlara necə müsbət təsir edə biləcəyinə nəzər yetirək:
1. Sorğuların emalı.

“Cubics” həllərində sorğular manual və ya avtomatik qaydada sözləşmələr kanbanına əlavə edilə bilər. İnteqrasiya sayəsində saytdan gələn sorğular avtomatik olaraq müvafiq kanbana əlavə edilir. Əgər sorğu zəng, “email” və ya digər əlaqə vasitəsi ilə daxil olubsa, onu manual olaraq da yaratmaq mümkündür.
2. Zənglər.

“Cubics BMS” sisteminin Çağrı Mərkəzi modulu sayəsində bütün zəngləri dinləmək, yükləmək və dəyərləndirmək mümkündür. Bundan əlavə, zənglərin ümumi statistikası panel şəklində əks etdirilir, zəng edənin məlumatlarını isə elə zəng zamanı qeyd etmək mümkündür.
3. Yazılı sorğular.

“Cubics BMS” sistemi digər platformalar ilə rahat inteqrasiya edildiyi üçün şirkətə gələn “email”, “WhatsApp”, “Telegram”, “Messenger” və s. bütün növ yazılı müraciətləri tək pəncərədən idarə etmək mümkündür.
4. CRM və müştəri tarixçəsi.

Müştəri haqqında məlumatların əks etdirilməsi, habelə müştəri ilə aparılan bütün danışıqlar və təqdim edilən bütün qiymət təklifləri “Cubics BMS” sistemində “Müştəri tarixçəsi” bölümündə yer alır.
5. Satış üzrə tapşırıqlar.

Müştərilər ilə görüş vaxtlarını doğru planlamaq, xatırlatma üçün zəng etmək, “email” yazmaq və s. kimi işlər çox asanlıqla “Cubics BMS” tapşırıqlar modulu ilə idarə edilir.