“Kontakt” mağazalar şəbəkəsi 16, 17, 23 və 24 dekabr tarixlərində uşaqdan-böyüyə hamını nağıllar aləminə dəvət edir. Şənlik zamanı balaca balalarımızı sevimli nağıl qəhrəmanları qarşılayacaq. Tanınmış blogerlərin oxuyacağı nağıllarla övladlarınız sehrli dünyaya səyahət edəcək. Tədbir müddətində onlar simvolik hədiyyələr, şarlarla daha da əyləncəli vaxt keçirəcəklər.
Yeni il şənliklərinin baş tutacağı tarix və məkanlarla tanış olun:
16 dekabr, saat 14:00-16:00 “Ukrayna dairəsi”, saat 17:00-19:00 isə “Sumqayıt 10-cu mkr”;
17 dekabr, saat 14:00-16:00 “Bakıxanov stansiya”, 17:00-19:00 isə “İnşaatçılar metrosu mağazası”;
23 dekabr, saat 14:00-16:00 “Vurğun Residence”, saat 17:00-19:00 isə “Azadlıq prospekti” və “Gəncə Grand Qafqaz mağazaları”;
24 dekabr, saat 14:00-16:00 “Xalqlar Dostluğu” metrosu, saat 17:00-19:00 isə “Sumqayıt mağazası”.
Mağaza ünvanları ilə buradan tanış ola, ətraflı məlumat üçün isə *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.