Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Shokki Mokki"nin dəstəyi ilə uşaqların fiziki və zehni inkişafı üçün yeni layihə başlayır
İlk milli uşaq markası "Shokki Mokki" "Vuvuzela Media" ilə birlikdə balacaları sevindirəcək yeni layihəyə start verir.
"İdman maneə tanımır" şüarı ilə ərsəyə gətirilən "Kiçik addımlarla, böyük uğurlar" layihəsi Uşaqların Beynəlxalq Müdafiəsi Günü başlayacaq. 1000-dən artıq uşağın iştirakı nəzərdə tutulan layihə Bakıda və bölgələrdə baş tutacaq. Bura "Məktəbim" layihəsi çərçivəsində fəaliyyət göstərən məktəbəqədər təhsil ocaqlarındakı uşaqlar da cəlb olunacaqlar.
Uşaqların fiziki və zehni inkişafı, əyləncəsi üçün keçirilən sosial layihənin tərəfdaşlarından biri də "Qarabağ" futbol komandasıdır. Tanınmış futbolçular layihə çərçivəsində görüşlər keçirərək uşaqlara imzalı posterlər hədiyyə verəcək, idmana, xüsusilə də futbola həvəsləndirmək üçün öz təcrübələrini bölüşəcəklər. Layihənin fəxri səfirləri xalq artisti Tünzalə Ağayeva və məşhur aparıcı Fira Cəlilovadır.
1-7 İyun aralığında həyata keçiriləcək layihəyə Bakı, Gəncə, Şirvan, Hacıqabul, Quba, Xaçmaz və Salyanda olan "Məktəbim" uşaqları da cəlb olunacaq. İlk tədbirin Gəncə şəhərində festival şəklində keçirilməsi nəzərdə tutulub. Uşaqlar üçün maraqlı, musiqili, öyrədici oyunlar hazırlanıb.
Onu da qeyd edək ki, xalq artisti Tünzalə Ağayeva layihə üçün xüsusi himn bəstələyib. Bu himn uşaqların idmana olan həvəsini, marağını artıracaq və ilk dəfə Gəncədəki tədbirdə səsləndiriləcək.
Layihə haqqında ətraflı məlumat "Shokki Mokki"nin "Instagram" səhifəsində paylaşılacaq.
https://www.instagram.com/shokkimokki.az/