Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şabranda dördüncü mərtəbədən yıxılan yeniyetmənin vəziyyəti ilə bağlı AÇIQLAMA
Şabran şəhəri M.Hüseynzadə küçəsində dördüncü mərtəbədən yıxılan 15 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir.
"Yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq xəsarət alan 2009-cu il təvəllüdlü şəxs Şabran Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım briqadası ilə hospitalizasiya edilib.
Onun qarın boşluğunda daxili qanaxma, sağ qolunda iki nahiyədən sınıq qeydə alınıb və dalağın ekstirpasiyası əməliyyatı (hansısa orqanın cərrahi üsulla tam çıxarılması - red.) icra olunub. Xəstəyə zəruri tibbi xidmət göstərilib. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, 2009-cu il təvəllüdlü yeniyetmə ehtiyatsızlıq səbəbindən yaşayış binasının dördüncü mərtəbəsindəki açıq pəncərədən yıxılıb və Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Əzizə İsmayılova
Rəylər