“Toyota” ailəsinin öz fərqliliyi ilə diqqət çəkən modeli “Toyota C-HR” tam yenilənmiş dizaynı ilə Gürcüstanın Kaçreti bölgəsində keçirilən təqdimat mərasimində avtomobilsevənlərə təqdim olunub! Təqdimatda modelin yenilənmiş dizaynı, texnoloji yenilikləri, performansı və digər bütün üstünlükləri barədə ətraflı məlumat verilib. Yanvar ayının 25-də Gürcüstanda keçirilən təqdimatda Azərbaycandan da bir sıra məşhur avto və “lifestyle” bloqerlər iştirak ediblər. Tədbirdə iştirakçılara modelin tamamilə yenilənmiş interyer və eksteryer dizaynı haqqında ətraflı məlumat verilib. Məlumatlandırma mərasimindən sonra qonaqlar modelin test sürüşündə də iştirak ediblər.
“Toyota C-HR” artıq daha müasir və daha innovativ görünüşdə!
İlk versiyası 2016-cı ildə təqdim olunan “Toyota C-HR” yeni nəsil avtomobillər arasında öz dizaynı ilə seçilib və daim diqqət mərkəzində olub. Yeniliyin və müasirliyin təcəssümü olan “Toyota C-HR 2023”cü il ikinci nəsil buraxılışı ilə də bir sıra yenilikləri özündə cəmləməyi bacarıb.
Modelin ilk baxışdan ən diqqət çəkən xüsusiyyətləri müasir dizayn elementləri ilə əhatə olunmasıdır. “Toyota C-HR” əvvəlki dizayn dilinə sadiq qalsa da, artıq daha parlaq və göstərişlidir. Avtomobilin ön hissəsinə baxdıqda bizi “3D arxitekturalı oxa bənzəyən” LED ön faralar, onları müşayiət edən aqressiv və idman görünüşlü radiator barmaqlıqları qarşılayır. 64 ədəd fərqli rənglərdə kabinə işıqlandırması, “Toyota”nın ən son qlobal arxitekturasına xas olan “GA-C” platforması, yeni kuzaya quraşdırılmış qapı tutacaqları da modelin diqqətçəkən dizayn elementlərindəndir.
Yeni nəsil “Toyota C-HR” avtomobillərinin interyeri də olduqca gözoxşayandır. Avtomobil 12,3 düymlük tam rəqəmsal cihazlar panelinə malikdir. İstehlakçılar bu ekranı istədikləri kimi fərdiləşdirə bilərlər. Mərkəzi konsol da 8 və ya 12,3 düymlük multimedia ekranı ilə təchiz olunub. Bu multimedia ekranı simsiz “Apple CarPlay” və ya “Android Auto” dəstəyi təklif edir.
“Toyota C-HR” performansı ilə diqqət çəkir!
Yeni nəsil “Toyota C-HR” hibrid mühərrikə sahibdir. Kapotun altında bizi 1,8 litrlik və ya 2,0 litrlik hibrid mühərrik qarşılayır. 1,8 litrlik mühərrik yalnız ön ötürücülü versiya ilə təklif olunsa da, 2,0 litrlik modeldə tam ötürücülü (4WD) versiya mövcuddur. “Toyota C-HR” 140 at gücü (1,8 litr) və 197 at gücü (2,0 litr) ilə effektiv sürüş performansı vəd edir.
Qeyd edək ki, yeni nəsil “Toyota C-HR” modeli “Toyota” modelləri arasında ekoloji liderdir. Əvvəlki model “Toyota C-HR”la müqayisədə iki dəfə daha çox təkrar emal olunmuş plastik materiallardan istifadə olunub. Həmçinin avtomobildə heyvan mənşəli materiallardan istifadə olunmayıb. Avtomobil “Toyota”nın qabaqcıl “T-Mate” təhlükəsizlik sistemi ilə də təchiz olunub.
Bu möhtəşəm avtomobilə sahib olmaq istəyirsinizsə, sizə xoş xəbərimiz var! “Toyota C-HR” modelini artıq Azərbaycandakı rəsmi dillerlərdən satın ala bilərsiniz!