"PAŞA Holding" və "Trendyol"un dəstəyi, "Nargis" Fondunun təşkilatçılığı ilə 19-20 iyul tarixlərində Bakıda "GəncLink" Forumu keçirilir.
Forumun məqsədi innovasiyalara və müasir texnologiyalara marağı olan uşaqları bir araya gətirmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq, eyni zamanda uşaqlarda komanda işi, yaradıcılıq, tənqidi düşüncə kimi mühüm bacarıqları inkişaf etdirməkdir.
Layihəyə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 12-17 yaş aralığında və müxtəlif sosial müəssisələrdən olan 120 nəfər valideyn himayəsindən məhrum uşaq cəlb edilib. Forum iştirakçılarının Forum müddətində transferi "BakuBus" MMC tərəfindən təşkil ediləcək.
İki gün davam edəcək Forum çərçivəsində gənc iştirakçılar STEAM və texnologiya sahəsini əhatə edən intensiv vörkşoplara qatılacaq. Forum iştirakçıları fərqli qruplara bölünərək mühəndislik, robototexnika və kodlaşdırma üzrə müxtəlif modullar üzrə praktiki məşğələlər vasitəsilə elmi və texniki biliklərin gündəlik həyatda tətbiqini öyrənəcək, ilkin mühəndislik bacarıqlarını mənimsəyəcək, müasir İKT avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirəcək, müxtəlif proqramlaşdırma dillərinin tətbiqini öyrənəcəklər.
"Trendyol" və "PAŞA Holding" öz dayanıqlılıq və sosial məsuliyyət strategiyalarına uyğun olaraq birgə layihələr həyata keçirir. Bu layihənin məqsədi şirkətlərin bu istiqamətdəki səylərini və təcrübələrini birləşdirməklə Azərbaycanda dayanıqlı və sosial inkişafa töhfə verməkdir.
Spikerlər:
1. Əməkdar jurnalist, Asan TV və Radionun direktoru Emin Musavi;
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə heyəti sədrinin müavini Pərviz Səfərov;
3. "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov;
4. Süni intellekt üzrə ekspert Maral Qurbanzadə;
5. "Apple" şirkətinin ölkədə rəsmi texniki nümayəndəsi, Startap sahibkar, Telekommunikasiya üzrə ekspert mühəndis Asif İbrahimov.
Çıxış edənlər:
Suheyla Cəfərova
"Trendyol" şirkətinin Korporativ Kommunikasiyalar üzrə rəhbəri (Azərbaycan) və "Nargis" Fondunun İcraçı direktoru Nərmin İbrahimbəyli
Aparıcı: Ceyhun Əli
İştirak edən müəssisələr:
2 saylı uşaq evi
1 saylı uşaq evi
3 saylı uşaq evi
Sığınacaq və Sosial Reabilitasiya Mərkəzləri
1 saylı ailə tipli qrup evi
"Təmiz Dünya" Qadınlara Yardım İB. Qadın və uşaq sığınacağı
"Azərbaycan Uşaqları" İctimai Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi