Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xətai rayonunda Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert təşkil olunub
Xətai rayonunda Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert təşkil olunub.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, onun xatirəsi dərin ehtiramla yad edilib. Ardınca ümummilli lider Heydər Əliyev adına istirahət parkında yerləşən amfiteatr səhnəsində tədbir keçirilib. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Pərvanə Vəliyeva, Zahid Oruc, Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev, Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və digər qonaqlar iştirak ediblər.
Keçirilən tədbirin rəsmi hissəsinin açılışında Azərbaycanın Dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Pərvanə Vəliyeva və Zahid Oruc, həmçinin Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev çıxış edərək müasir və müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında, eləcə də gənclərin milli ruhda tərbiyə olunmasında misilsiz xidmətlərindən bəhs ediblər.
Qeyd olunub ki, Heydər Əliyevin siyasi irsi bu gün də ölkəmizin inkişaf strategiyasının əsasını təşkil edir və bu yol ölkə başçısı tərəfindən uğurla davam etdirilir.
Tədbir çərçivəsində ümummilli liderin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin, eləcə də gənclər arasında keçirilən şahmat üzrə blitz və mini-futbol turnirlərinin qalibləri elan olunub və onlar diplomlar, hədiyyələr və fəxri fərmanlarla təltif ediliblər. Bu kimi tədbirlər gənclərin intellektual və fiziki inkişafına töhfə verməklə yanaşı, onların Heydər Əliyev irsinə bağlılığını daha da gücləndirir.
Daha sonra tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilib. Konsertdə bir çox məşhur incəsənət ustaları və gənc müğənnilərin ifasında ulu öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan mahnılar ifa edilib.
Sonda təşkil olunan atəşfəşanlıq səmanı al-əlvan rənglərə boyayıb.

"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin sayı açıqlandı
- Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda yaşayan uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub
- Hacı İntiqam ulu öndərə verdiyi hədiyyədən danışdı
- Xalq artisti Mərahim Fərzəlibəyov: "Heydər Əliyev sənətdə bizə həmişə dayaq olub"
- Aqil Abbas: "Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan olmayacaqdı"