Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
FIA-nın tədbirləri çərçivəsində Bakıda idman avtomobillərinin sərgisi olub - FOTO/VİDEO
Bakıda keçirilən Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclası və FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasimi günlərində paytaxt sakinləri və qonaqların diqqətini cəlb edən tədbirlərdən biri də FIA-nın yarışlarında qalib gələn avtomobillərin sərgisi oldu.
Sərgi FIA-nın tədbirlərinin keçirildiyi məkanlardan biri - Heydər Əliyev Mərkəzinin qarşısında baş tutdu.
Burada 2023-cü ildə Formula 1, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Raid Çempionatı (World Rally-Raid Championship (W2RC), FIA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), Dünya Rallikross Çempionatı (World Rallycross Championship) qalib pilotların idarə etdiyi avtomobillər nümayiş etdirildi.
Avtomobil idmanı həvəskarları sərgidə bir daha həmin yarış həyəcanını yaşamaq imkanı qazanmış oldu.
Qeyd edək ki, FIA həftəsi çərçivəsində məşhur pilotlar da FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasimində iştirak etmək üçün Bakıya gələcək.
Xatırladaq ki, dekabrın 5-dən 8-nədək Bakı ilk dəfə olaraq Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclası və avtomobil idmanı sahəsində ən gözlənilən tədbirlərdən biri olan FIA Prize-Giving Ceremony-yə ev sahibliyi edir.
Tədbirdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları Azərbaycanda bir araya gəliblər.
Qonaqlar FIA həftəsi çərçivəsində avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə edirlər. Ümumilikdə, Federasiyanın Bakı tədbirlərində 128 ölkədən gələn nümayəndə, klub təmsilçiləri, həmçinin onlayn şəkildə tədbirə qoşulan nümayəndələr iştirak edir.
Azərbaycan Avtomobil Federasiyasının tərəfdaşlığı ilə keçirilən FIA həftəsi bu günlərdə bütün avtomobil həvəskarlarını, o cümlədən könüllüləri öz ətrafında birləşdirib.
Qeyd edək ki, son illər Azərbaycanda avtomobil idmanının inkişafı üzrə bir sıra layihələr keçirilir. Bakı dünyanın ən nüfuzlu idman yarışlarından biri – Formula 1 Azərbaycan Qran-Prisinə uğurla ev sahibliyi edir və bu idman həvəskarlarını paytaxtımızda toplayır.
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı və təşəbbüsü ilə son illər avtomobil idmanının inkişafı, avtomobil idmanının gənclər arasında təbliği baxımından da bir sıra layihələr həyata keçirilir, müxtəlif avtomobil idmanı yarışları təşkil olunur, avtomobil tarixinin öyrənilməsi məqsədilə avtomobil sərgiləri keçirilir, yol hərəkəti təhlükəsizliyi ilə bağlı bir sıra tədbirlər görülür, təlimlər keçirilir, bununla bağlı maarifləndirici nəşrlər hazırlanaraq yayımlanır. Azərbaycanda pilotların hazırlanması, azərbaycanlı təmsilçilərin digər ölkələrdəki yarışlarda iştirakı da avtomobil idmanının inkişafının təsdiqidir.
"Formula 1" teqi üzrə xəbərlər
- Oskar Piastri "Formula-1" üzrə Azərbaycan Qran-prisini digərlərindən fərqləndirib
- Azərbaycanda "CFI Financial Investment Company"nin təqdimatı keçirildi: Yeni rəhbər təyin olundu
- Nazir oğlunun adı qalmaqalda: "400 minlik yeyintidən xəbərim olmayıb"
- Qərbin ikiüzlülük nümunəsi: COP29-a kölgə salmaq üçün səmərəsiz cəhdlər
- Süni intellekt 14 yaşlı yeniyetməni öldürdü