Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hindistanın aparatı Aydan ilk məlumatları ötürdü: Alimlər heyrətdə - FOTO
Hazırda Ayın cənub qütbünü tədqiq edən “Pragyan” Ay roverindən ilk məlumatlar alınıb.
Bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) xəbər verib.
“ChaSTE (“Chandra” Səthi Termofiziki Təcrübə) Ay səthinin istilik davranışını anlamaq üçün qütbün ətrafındakı Ay torpağının üst qatının temperatur profilini ölçür”, - deyə təşkilatın açıqlamasında bildirilir.
ISRO, həmçinin ayın səthində temperaturun dəyişmə qrafikini təqdim edib.
Təşkilatın ekspertlərinin sözlərinə görə, tapıntılar elm adamları üçün gözlənilməz olub.
“Biz hamımız fikirləşirdik ki, səthin temperaturu 20-30 dərəcə Selsi ola bilər, lakin bu, 70 dərəcədir. Bu, gözlədiyimizdən təəccüblü dərəcədə yüksəkdir”, - deyə ISRO-nun əməkdaşı Bi Darukeş bildirib.
Xatırladaq ki, Hindistanın “Çandrayan-3” avtomatik Ay stansiyası peykin səthinə uğurlu eniş edib. Bununla da SSRİ, ABŞ və Çindən sonra aparatını Aya uğurla endirməyi bacaran dördüncü ölkə olub.
Mənbə: İzvestiya