Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
2025-ci ildə səyahət üçün dünyanın ən yaxşı yerləri açıqlanıb
Qvatemaladakı Antiqua və ABŞ-nin Florida ştatındakı Okala 2025-ci ildə səyahət üçün dünyanın ən yaxşı yerləri seçilib.
Oxu.Az xəbər verir ki, müvafiq siyahını "National Geographic"in mütəxəssisləri tərtib ediblər.
"Antiqua şəhərindən Fueqo vulkanına gəzintiyə çıxmaq, Okalada isə lamantin və ayılarla eyni adlı milli parkda gəzmək olar. Siyahıda növbəti yerdə Tailandın paytaxtı Banqkok gəlir. Mütəxəssislər onu bərpa edilmiş qədim məbədləri araşdırmaq üçün tövsiyə edirlər. İndoneziyanın Raca Ampat adalarında sualtı dünyanın həyatına qərq ola bilərsiniz", - materialda qeyd olunub.
Siyahıya, həmçinin Quadalaxara (Meksika), İtaliyadakı orta əsr monastırları, Los-Anceles (ABŞ), Qrenlandiya (Danimarka), Kanadzava (Yaponiya), Malayziya, Braşov (Rumıniya), Serrado (Braziliya), Nortlend (Yeni Zelandiya), Seneqal, Hayda Quay (Kanada), Barbados, Suru vadisi (Hindistan), Boyse (ABŞ), Əbu-Dabi (BƏƏ), Mürrey çayı (Avstraliya), Kvazulu-Natal (Cənubi Afrika), Stokholm arxipelaqı (İsveç), Kork (İrlandiya), Xarici Hebrid adaları (Şotlandiya), Tunis, Sarayevo (Bosniya və Herseqovina) daxildir.
Rəylər