Rusiyanın Tümen şəhərində avtomobilin təkərləri altında qalan yaşlı qadın faciəvi şəkildə ölüb.
Bu barədə ng72.ru xəbər yayıb.
“Volkswagen Polo” avtomobili Sülh küçəsində 94 yaşlı piyadanı vurub. İlkin məlumatlara görə, hadisə piyada keçidində baş verib. Sürücünün 79 yaşı var. Qadın hadisə yerində ölüb”, - deyə Tümen vilayətinin Yol Polisi İdarəsinin Təbliğat və Təşviqat Şöbəsinin müdiri Anjela Borisova bildirib.
Hadisə hər iki yaşlı şəxsin koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarına riayət etməli olduqları vaxta təsadüf edib.