Londonda “Grenfell Tower” çoxmərtəbəli binasında baş verən və 79 nəfərin ölümü ilə nəticələnən yanğının səbəbi mənzillərdən birində soyuducunun alışması olub.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə London polisi bəyan edib.
Polis idarəsindən bildirilib ki, binanın örtüyü yanğın təhlükəsizlik qaydalarının tələblərinə müvafiq olmayıb.
Londonun Şimali Kensinqton rayonunda iyunun 14-nə keçən gecə 27 mərtəbəli “Grenfell Tower” yaşayış binasında yanğın baş verib. Məlumata görə, hadisə zamanı binada 600 adam olub.
S.S.
www.oxu.az