Londonun “Grenfell Tower" yaşayış binasında baş verən yanğın zamanı 70 nəfər ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Sky News” məlumat yayıb.
Xatırladaq ki, iyunun 14-nə keçən gecə 24 mərtəbəli “Grenfell Tower”də yanğın baş verib.
Bundan əvvəl yanğın nəticəsində 12 nəfərin öldüyü, 41 nəfərin isə itkin düşdüyü bildirilirdi.
S.B.
www.oxu.az