ABŞ prezidenti Donald Tramp Obama administrasiyasının Kuba ilə əlaqələrin normallaşdırılmasına dair qərarını ləğv edib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Tramp Mayamidə çıxış edərkən bildirib.
“Mən tam şəkildə əvvəlki administrasiyanın qərarını ləğv edirəm. Qərar dərhal qüvvəyə minir”, - deyə ABŞ prezidenti vurğulayıb.
Tramp Kubanı yeni, hər iki ölkənin maraqlarına cavab edən razılaşma hazırlamağa çağırıb.
S.B.
www.oxu.az