Yaponiyanın baş naziri Sindzo Abe rusiyalı lideri Vladimir Putin ilə görüş çərçivəsində Rusiya ilə ərazi mübahisəsinə son qoymağa hazır olduğunu bəyan edib.
Oxu.Az bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.
“Mən ərazi mübahisəsinə son qoymaq üçün yüksək səviyyədə [Rusiya ilə] danışıqlara getmək istəyirəm”, - nazir deyib.
Rusiya prezidenti Vladimir Putinin səfərinin dekabrın 15-16-da Yamaquti prefekturasında – Sindzo Abenin əcdadlarının vətənində, eləcə də Tokioda keçəcəyi gözlənilir.
Daha öncə yapon hökumətinin Vladimir Putinin səfərinin keçiriləcəyi rayonların üzərində dronların uçuşuna qadağa qoyduğu barədə məlumat yayılmışdı.
N.O.
www.oxu.az