ABŞ-ın Arkanzas ştatının Litl-Rok şəhərindəki "Power Ultra Lounge" klubunda baş vermiş atışmada yaralananların sayı artıb.
Oxu.Az Report-a istinadən məlumatına görə, bu barədə şəhər polisi "Twitter"də xəbər verib.
"25 nəfər odlu silahdan açılan atəşdən yaralanıb. Daha üç nəfər xəsarət alıb, bu, insidentlə bağlı deyil" – deyə polisdən bildirilib.
Bununla yanaşı, bildirilib ki, yaralıların heç birinin həyatına təhlükə yoxdur.
Qeyd edək ki, hadisə iyulun 1-ə keçən gecə konsertin qonaqları arasında münaqişə zamanı baş verib.
17:50
ABŞ-ın Arkanzas ştatında gecə klubunda baş verən atışma zamanı ən azı 17 nəfər yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə şənbə günü, iyulun 1-də, Fox News telekanalı məlumat yayıb.
İnsident zamanı ölən olmayıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Polisdən bildiriblər ki, Litl Rok şəhərində gecə klubunda insanlara atəş açan şəxsin kimliyi hələlik müəyyən olunmayıb.
S.B.
www.oxu.az