ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi.
Hadisə baş verdiyi an gecə klubunda 100-dək insan olub. Ölənlərin sayının artması ehtimalı var. Ötən gün baş verən yanğının səbəbləri hələ də naməlum olaraq qalır. Hazırda hadisə yerində polis və xilasediciləri işləyir.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin