ABŞ-ın Florida ştatının 34 və 44 yaşlı iki qadın sakini ikinci doza koronavirus peyvəndini vurdurmaq üçün yaşlı qadınlar kimi geyinərək xəstəxanaya müraciət ediblər.
Bu barədə WKMG-TV telekanalı məlumat verib.
Florida səhiyyə idarəsinin sözçüsü Raul Pino bildirib ki, həkimlər peyvənd vurdurmaq üçün müraciət edən qadınların zahiri görünüşündən şübhələnərək onlara vaksin vurmaqdan imtina ediblər.
Qeyd olunur ki, məsələ ilə bağlı araşdırma aparılır.