ABŞ-ın Vermont ştatının Anderhill şəhərinin administrasiyasına seçkilərdə vəfat etmiş kişi qalib gəlib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, səslərin əksəriyyətinin verildiyi 55 yaşlı Kevin Tarrant seçki qabağı evində ürək tutmasından vəfat edib. Lakin şəhər rəhbərliyi bu barədə seçicilərə məlumat verməyib, belə ki, ştatın qanunlarına əsasən, seçki günündə təbliğat aparmaq və ya seçki məntəqələrində namizədləri müzakirə etmək qadağandır.
Hazırda yerli hakimiyyət bu vəziyyətdən çıxış yolu axtarır.