Nyu-York polisi oyuncaq tapança ilə silahlanaraq mağazada pivə oğurlamaq istəyən gənci güllələyib.
Oxu.Az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Qeyd edilir ki, on səkkiz yaşlı qarətçi altı qab pivə oğurlayıb və mağazanın satıcısını hədələyib.
Hadisə yerindən qaçmağa cəhd edərkən isə onu polislər saxlayıb və tapançanı yerə atmağı əmr ediblər. Qarətçi isə oyuncaq tapançanı onlara doğru tuşlayıb, bundan sonra hüquq-mühafizəçilər ona atəş açıblar.
Aldığı yaralardan o, xəstəxanada ölüb. Polis hadisəni araşdırır.
N.O.
www.oxu.az