Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ-də gücü 2 000 at qüvvəsi olan avtomobil təqdim edildi
SEMA avtomobil sərgisi çərçivəsində ABŞ-nin "Ringbrothers" şirkəti 1987-ci ildə istehsal olunmuş "Buick Regal Grand National" avtomobilini təqdim edib.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, avtomobil standart tənzimləmələrlə 1 246 at qüvvəsi hasil edən 3.8 litrlik tvin-turbo V6 mühərriki ilə təchiz edilib. Lakin onun parametrlərini dəyişdirməklə gücünü 2 000 at qüvvəsinə çatdırmaq mümkündür.
Qeyd olunur ki, bu avtomobil üçün mühərrik "Duttweiler Performance" tərəfindən yaradılıb.
Avtomobil "Penske" amortizatorları ilə xüsusi "Roadster Shop" şassisi üzərində qurulub. Avtomobildə "C6 Corvette ZR1"dən karbon-keramik əyləclər və arxada kiçik spoyler, həmçinin "Michelin Pilot Sport Cup 2" şinləri quraşdırılıb.
"Avto-moto" teqi üzrə xəbərlər
- Qapını çırpmaq təkcə nəzakətsizlik deyil, həm də baha başa gəlir: Maşında hansı nasazlıq ola bilər?
- İlk 5 000 km üçün bir çox sürücünün əhəmiyyət vermədiyi VACİB QAYDALAR
- "Mercedes" yeni bolidini təqdim etdi
- Soyuq və şaxtalı hava şəraitində sürücülərin nəzərə almalı olduğu ƏSAS MƏQAMLAR
- "Lada" avtomobillərinin təhlükəsizlik yastıqlarında ciddi defekt aşkarlandı