Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ-də miqrantların ölkəyə girə bilməmələri üçün bəhanə tapılıb
Donald Tramp Administrasiyası sığınacaq istəyən əcnəbilərin ölkə ərazisinə girişini virus xəstəliklərinin yayılması ilə mübarizə aparılması bəhanəsi ilə qadağan etməyin mümkünlüyünü öyrənir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.
Bildirilir ki, Birləşmiş Ştatlar rəhbərliyi "42-ci maddə"nin fəaliyyətini bərpa etmək niyyətindədir. Sözügedən düzəliş 2020-ci ilin martında qəbul edilib və COVID-19-un yayılması ilə mübarizə çərçivəsində qanunsuz miqrantların deportasiyasını nəzərdə tutur.
Yazıda qeyd edilir ki, ABŞ-də qızılca və vərəmin yayılması təhlükəsi sığınacaq istəyənlərin deportasiyası üçün bəhanəyə çevrilə bilər. Hazırda Kanzas ştatında vərəmə yoluxma hallarında artım müşahidə olunur, Texas ştatında və bir sıra digər bölgələrdə qızılcaya yoluxma halları qeydə alınıb.
Lakin yazıda vurğulanır ki, bu hadisələrin əcnəbilərin axını ilə bağlı olub-olmadığı hələlik məlum deyil.
Rəylər