Vaşinqtonda uçan naməlum obyektləri (UNO) "şeytanın hiyləsi" adlandıran arxiyeparxiya ekzorsisti monsenyor Stiven Rossetti tutduğu vəzifədən uzaqlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Washington Post" nəşri yayıb.
Rahibin sözlərinə görə, şeytanlar gizlənməyi sevirlər və insanların onların əməlləri barədə məlumatlı olmasını istəmirlər, əksər UNO görüntüləri isə məhz onların oyunudur.
Vaşinqton arxiyepiskopu, kardinal Robert Makelroy bildirib ki, bu cür bəyanatlar kilsənin şeytanlar və ekzorsizm haqqında təliminə ciddi şəkildə zərbə vurur. O, məhz bu səbəbdən Rossettinin fəaliyyətinin dayandırıldığını elan edib.