Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ hərbi helikopterindən siqnal raketləri ilə dolu çanta Yaponiyada yaşayış məntəqəsinə düşdü
ABŞ-nin "UH-1" tipli hərbi helikopteri Yaponiyanın sıx məskunlaşmış Okinava prefekturası üzərində uçuş zamanı içərisində pirotexniki siqnal fişəngləri olan 18 kiloqramlıq çantanı yerə salıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi xəbər yayıb.
Hadisə ABŞ-yə məxsus Futemma aviabazasına təhkim olunmuş helikopterin uçuşu zamanı baş verib.
Sözügedən aviabaza Okinavanın sıx yaşayış olan Ginovan şəhərində yerləşir və obyektlərinin yaşayış evlərinə yaxın olması səbəbindən dünyanın ən təhlükəli hərbi bazalarından biri hesab olunur.
Düşən çantanın uzunluğu təxminən 90 sm, eni isə 30 sm-dir. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Lakin çanta hələ də tapılmayıb.
Okinava sakinləri uzun müddətdir ki, Futemma bazasının prefektura ərazisindən çıxarılmasını tələb edirlər.
"Yaponiya" teqi üzrə xəbərlər
- Yaponiyada su elektrik stansiyasının ərazisində tuneldə partlayış olub
- Tokioda ata oğlunun necə sevimli olduğunu göstərməkdən ötrü 700 min dollar xərcləyib
- Yaponiyadakı ABŞ hərbi bazasında partlayış baş verib
- Yaponiya ordusu min kilometrdən çox məsafədə hədəfləri vura bilən raket nümayiş etdirib
- Yaponiyada düyü qıtlığı mağazalarda uzun növbələr yaratdı