Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
ABŞ-li konqresmenlər COVID-19 pandemiyası ilə əlaqədar ikiillik araşdırmadan sonra şok nəticəyə gəliblər - SARS-CoV-2 koronavirusu böyük ehtimalla Çinin Uhan şəhərindəki laboratoriyadan sızma nəticəsində yaranıb.
Oxu.Az-ın Lenta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Konqresinin dərc edilmiş hesabatında məlumat verilib.
"COVID-19 virusu böyük ehtimalla Çinin Uhan şəhərindəki laboratoriyada yaranıb", - deyə sənədlərdə qeyd olunur.
Konqresmenlər öz mövqelərini dəstəkləyən 5 ciddi arqument təqdim ediblər:
1. Virus təbiətdə rast gəlinməyən unikal bioloji xüsusiyyətlərə malikdir.
2. COVID-19-a bütün yoluxma halları virusun insan orqanizminə bir dəfə düşməsi nəticəsində baş verib, halbuki əvvəllər, digər pandemiyalar zamanı, virusun bir neçə ötürülmə halı müşahidə olunurdu.
3. Uhanda SARS viruslarının öyrənilməsi üzrə aparıcı laboratoriya - Uhan Virusologiya İnstitutu (WIV) yerləşir. Bu müəssisə aşağı biotəhlükəsizlik səviyyələri ilə tanınır.
4. WIV tədqiqatçıları 2019-cu ilin payızında, vəhşi heyvanlar bazarında infeksiya aşkar edilməzdən bir neçə ay əvvəl COVID-ə bənzər virusla xəstələniblər.
5. İki il ərzində COVID-19-un təbii mənşəyinə dair heç bir elmi sübut ortaya çıxmayıb ki, bu da son dərəcə qeyri-mümkündür
Amerikalı qanunvericilərin bəyanatlarına baxmayaraq, Çin hakimiyyəti və Uhan Virusologiya İnstitutunun nümayəndələri dəfələrlə laboratoriyanın pandemiyanın yaranmasında iştirakını inkar ediblər.
"COVID-19" teqi üzrə xəbərlər
- COVID-19-un sonrakı fəsadlarından qaçmağın yolu açıqlandı - Tədqiqatda heyrətə salan nəticələr
- Meymunçiçəyi virusu Azərbaycanda: Yoluxma, əlamətlər və QORUNMA YOLLARI
- Ölümlər NİYƏ "CAVANLAŞIB"? - "İnfarkt hallarının artması təkcə viruslarla əlaqəli deyil"
- Canımızdan çıxmayan xəstəlik: NECƏ SAĞALAQ?
- COVID-19 yoluxmadan illər sonra da beyində qalır - Alimlərdən xəbərdarlıq
Rəylər