Birləşmiş Ştatların Energetika Nazirliyi kəskin istilər səbəbindən elektrik enerjisinin kəsilməsinin qarşısını almaq məqsədilə 17 ştatda enerji şəbəkələrinin təcili olaraq sabitləşdiriləcəyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə müvafiq məlumat nazirliyin rəsmi internet səhifəsində dərc olunub.
"ABŞ Energetika Nazirliyi hava şərtlərindən qaynaqlanan enerji böhranı dövründə 17 ştatdakı abunəçilərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına dair fövqəladə göstəriş verib", - deyə qurumun yaydığı rəsmi açıqlamada bildirilir.
Qeyd edək ki, iyul ayının ilk günlərindən etibarən Birləşmiş Ştatlarda qeyri-adi dərəcədə isti hava müşahidə olunur və bəzi ərazilərdə havanın hərarəti 45 dərəcəyə qədər yüksəlib.