ABŞ Rusiya aviasiyasının zərbələri zamanı İŞİD terror qruplaşmasının ikinci şəxsini məhv edilməsinə dair məlumatı təkzib edib.
Oxu.Az Reuters-ə istinadən məlumatına görə, bu barədə Pentaqon nümayəndəsi bildirib.
“Rusiyanın bəyanatı cəfəngiyatdır”, deyə adının açıqlanmasını istəməyən mənbə vurğulayıb.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə nazirliyi Hələb vilayətində aviazərbələr zamanı İŞİD-in ikinci şəxsi sayılan və mətbuatla iş üzrə rəsmi nümayəndəsi kimi tanınan səhra komandiri Əbu Məhəmməd Əl-Adnani məhv edildiyini bildirib.