ABŞ Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Səna və onun ətraflarında "Ənsar Allah" üsyançı hərəkatında iştirak edən husilərin mövqelərinə və təlim düşərgələrinə 21 zərbə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı mənbələrə istinadən məlumat verib.
Qeyd olunur ki, ABŞ-nin dörd hava hücumu Sənanın şərqində yerləşən Əl-Haf bölgəsində üsyançıların silah anbarlarını hədəfə alıb.
Aprelin 19-da "Al Masirah" telekanalı ABŞ-nin Yəmənin Hodeyda limanına və hava limanına 13 hava hücumu təşkil etdiyini bildirib.