ABŞ-yə məxsus təyyarə Hörmüz boğazı istiqamətində hərəkət edir.
Oxu.Az xəbər verir ki, bu barədə "Flightradar24" xidməti məlumat paylaşıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə aid "Boeing KC-46A Pegasus" yanacaqdolduran tankeri Fars körfəzi səmasında qeydə alınıb.
Uçuşuna Təl-Əvivdən başlayan hava gəmisi İordaniya və Səudiyyə Ərəbistanının hava məkanından keçərək Fars körfəzinə çatıb. Daha sonra isə təyyarə Hörmüz boğazı istiqamətində uçuşunu davam etdirib.
Qaynar xətt:
(055) 224 12 12