Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadacaqlar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters nəşri Brüsseldəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
Agentliyin sözçüsü bildirib ki, qərar cümə axşamı, dekabrın 14-də, Avropa İttifaqına üzv ölkələrin sammitində qəbul ediləcək.
Qeyd edək ki, Aİ, ABŞ və digər ölkələr Rusiyaya qarşı sanksiyaları 2014-cü ildə Krımın birləşdirilməsi və Ukraynanın cənub-şərqindəki münaqişə ilə əlaqədar qəbul olunub.
S.B.
www.oxu.az