Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Alimlərdən xəbərdarlıq: Everest buzlağının əriməsi milyonlarla insanı susuz qoyacaq
Böyük Britaniyanın Lids Universitetinin alimləri Aberstvit Universitetindən həmkarları ilə birlikdə Khumbu buzlağının əriməsini araşdırmaq üçün Everest zirvəsinə qalxacaqlar. Buzlağın yox olması Himalay su ehtiyatlarından asılı olan bir neçə ölkənin əhalisi üçün fəlakətli nəticələrə səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Lids Universitetinin rəsmi saytında məlumat verilib.
Himalay buzlaqları Nepal, Hindistan, Pakistan və regionun digər ölkələrində milyonlarla insan üçün həyati vacib olan su mənbəyi olaraq qalır. Ərimiş su suvarma, kanalizasiya və hidroenergetika üçün istifadə olunur. Bununla belə, buzlaqların ərimə sürətindəki dəyişikliklər bu resursu, xüsusən də əhalinin su qıtlığına həssas olduğu dağətəyi ərazilərdə təhlükə yarada bilər.
Tədqiqatçılar dəniz səviyyəsindən 6 000 metrdən çox hündürlükdə işləyərək, buzlağın temperaturunu ölçmək üçün qazma işləri aparacaqlar.
Yeni məlumatlar bölgədəki buzlaqlarda və su təchizatında dəyişiklikləri proqnozlaşdırmaq üçün istifadə edilən iqlim modellərini təkmilləşdirməyə kömək edəcək.
"Everest zirvəsi" teqi üzrə xəbərlər
- Nepalda Everestə qalxma haqqı 15 min dollara çatdı
- Dörd Everest boyda meteorit zərbəsi Yerdə həyatın təkamülünü sürətləndirdi
- 8 min metrlik zirvəni 50 dəfə fəth etdi: Yeni dünya rekordu
- Britaniyalı evindən çıxmadan Everesti fəth etdi
- Everestdə buzlaqların əriməsi nəticəsində yüzlərlə alpinistin meyiti tapıldı