60 il əvvəl qədim yunan sütununun yuxarı hissəsinin fraqmentini oğurlayan almaniyalı qadın onu könüllü olaraq Yunanıstana qaytarıb.
Oxu.Az bildirir ki, bu barədə Yunanıstanın Mədəniyyət Nazirliyindən məlumat verilib.
Alman qadın Olimpiyanı - əsrlər boyu Olimpiya Oyunlarının keçirildiyi ziyarətgahı gəzərkən fraqmenti götürüb. Bu hissə eramızdan əvvəl IV əsrin ikinci yarısında tikilmiş Leonideon binasını bəzəyirdi. Oğurlanan fraqmentin uzunluğu 24 sm, eni isə 33,5 sm-dir.
"Münster Universitetindən mühüm tarixi artefaktların bu yaxınlarda mənşə ölkələrinə qaytarılmasından ilham alaraq, o, fraqmenti universitetə vermək qərarına gəlib", - deyə nazirlikdən bildirilib.
