Almaniyanın xarici işlər naziri Annalena Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birgə Suriyada "Heyət Təhrir əl-Şam"ın (HTS) lideri Əhməd əl-Şara ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, bu, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Avropa İttifaqından (Aİ) Suriyaya ilk nazir səfəri olub.
Səfər zamanı iki nazir Suriya ilə yeni əlaqələr qurmaq istədiklərini bildiriblər.
Almaniyanın xarici işlər naziri Annalena Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Avropa İttifaqı (Aİ) adından Suriyaya birgünlük səfərə yola düşürlər.
Oxu.Az-ın "The Times of Israel"ə istinadən xəbərinə görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, səfər zamanı Berbok Suriyanın yeni hökumətinin lideri Əhməd əş-Şaraa ilə görüşəcək.
"Mənim fransız həmkarımla birlikdə və Aİ adından bugünkü səfərim suriyalılar üçün aydın siqnaldır: Avropa və Suriya arasında, Almaniya və Suriya arasında yeni siyasi münasibətlərin başlanması mümkündür", - deyə Berbokun açıqlamasında bildirilib.