Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

100 yaşlı Bəyəli Fətiyev həyat hekayəsindən danışdı: Uzunömürlü olmağın sirləri nələrdir?
Quba sakini Bəyəli Fətiyev artıq 100 yaşı adlayıb. O, 18 oktyabr 1924-cü ildə Şuduq kəndində dünyaya göz açıb.
Ali təhsil aldıqdan sonra elə doğma kəndində müəllim kimi fəaliyyətə başlayıb. Ömrünün 50 ilə yaxın müddətini bu peşəyə həsr edib. Bəyəli Fətiyev 100 yaşı olmasına baxmayaraq, hələ də o günləri indiki kimi xatırlayır. İş yoldaşlarından, şagirdlərindən ağızdolusu danışır. Keçən günlərin çətinliklərini dilə gətirir.
"Zəhmətkeş olmuşam. Başqa yerə getməyib, uşaqlara müəllimlik etmişəm. Savadlı kadrlar yetişdirmişəm", - deyə o söyləyib.
Uzunömürlü olmağın sirlərindən də danışan B.Fətiyev deyir ki, təbiətdən həzz almadan yaşamaq mənasızdır:
"Dörd divar arasında yaşamağın heç bir mənası yoxdur. Oğlum mənə Azərbaycanın bütün görməli yerlərini gəzdirib. Uzunömürlü olmaq üçün qidalanma da əsasdır. Səhərlər kərə yağı ilə bal yeyirəm. Daha ət yeyə bilmirəm".
Daha ətraflı Baku TV-nin materialında:

"Uzunömürlülük" teqi üzrə xəbərlər
- Qan damarlarını gücləndirmək üçün ən yaxşı məhsullar açıqlandı
- ABŞ-də yaşı 300-ü keçən insanlar aşkarlandı
- Pəhrizlər arıqlamağa kömək etmir? - Fitnes-məşqçi səbəblərdən danışdı
- Hansı məhsulların beyin hüceyrələrinin məhvinə səbəb olduğu açıqlandı
- Daha uzun yaşamanın sirri - Alimlər qatığın inanılmaz faydalarını açıqladılar