2026-cı ildə Almaniyada kəskin isti hava şəraiti ilə bağlı təxminən 12 min 500 nəfər dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu məlumat Almaniyanın Robert Kox İnstitutunun (RKI) hazırladığı yeni hesabatda öz əksini tapıb.
Məlumata görə, ölüm hallarının ən yüksək göstəricisi Saar və Reynland-Pfalts ərazilərində qeydə alınıb. Bu təbii anomaliyadan ən çox yaşlı nəslin nümayəndələri zərər görüblər. Həyatını itirənlərin təqribən 6 min 300 nəfəri 85 yaşdan yuxarı şəxslər olub.
Təkcə iyunun 22-dən 28-dək bir çox bölgələrdə havanın temperaturunun 40°-yə çatdığı dövrdə ekstremal istilər təxminən 9 min 600 insanın ölümünə yol açıb.
Məlumatda qeyd edilib ki, 2026-cı ilin rəqəmləri əvvəlki illərin nəticələrini artıq geridə qoyur: müqayisə üçün, 2018-ci ildə şiddətli istilərdən 9 min 400, 2019-cu ildə isə 7 min 700 nəfər vəfat etmişdi.
Anomal isti qoruyucu tədbirlərin gücləndirilməsi ilə bağlı ciddi müzakirələrə səbəb olub. Müxalifət əksər müəssisələrin ekstremal iqlim şərtlərinə hazır olmaması səbəbindən xəstəxanalar, qocalar evləri və uşaq bağçaları üçün soyutma sistemlərinə sərmayə yatırmağa çağırış edir.