Almaniyanın şimalında, Lüdviqslust şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində azı 34 nəfər xəsarət alıb, 2 nəfər isə ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə BILD agentliyi yerli polisə istinadən məlumat yayıb.
Hazırda xəstələrin və tibbi personalın binadan təxliyəsi həyata keçirilir. Səbəbi hələ ki, naməlum qalan yanğının təxminən saat 04:28-də (Bakı vaxtı ilə 06:28-də - red.) radiologiya şöbəsinin yerləşdiyi binanın çardaq hissəsində başladığı güman edilir.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
Qaynar xətt:
(055) 224 12 12