Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Almaniyalı publisist: “Ölkəmizdəki fermer etirazları Fransadakı “sarı jiletlilər” hərəkatını xatırladır”
“Almaniyadakı fermer etirazları Fransadakı “sarı jiletlilər” hərəkatını xatırladır ki, nəticədə hakimiyyətdən bir çox güzəştlər əldə etməyə nail oldular”.
Bu sözləri almaniyalı publisist və jurnalist Hans-Ulrix Yorxes “Die Welt” kanalına müsahibəsində deyib.
“Hesab edirəm ki, Almaniya artıq bu yoldadır. Fikrimcə, biz “sarı jiletlilər” hərəkatına, yəni 2018 və 2019-cu illərdə mövcud olan, bütün sosial təbəqələrdən və peşələrdən olan insanların iştirak etdiyi və illər boyu davam edən bu keçmiş geniş sosial etiraz hərəkatına çox yaxınlaşmışıq. Üstəlik, onlar çox şeyə nail oldular, hökumət bir çox məqamlarda onlara güzəştə getdi”, - deyə publisist bildirib.
O, fermerlərin ciddi olduğunu qeyd edib və xəbərdarlıq edib ki, bu səbəbdən ölkə sosial üsyanla üzləşə bilər.
“Deyəsən, Bavariya Kəndlilər Birliyinin funksioneri idi, dedi ki, güzəştlər olmasa, biz supermarketləri boykot etməyə başlayacağıq və o zaman rəflər boşalacaq. Əgər bu baş verərsə, biz, belə demək olarsa, sosial üsyanın başlanğıcındayıq, çünki bu, bütün əhalini təsiri altına alacaq”, - deyə Hans-Ulrix Yorxes qeyd edib.
Qeyd edək ki, alman fermerlər Berlində nümayişlərə hazırlaşır. Nümayişlərdə təxminən 10 min etirazçı və 5 min traktorun iştirakı nəzərdə tutulur.
Ötən gün isə fermerlər yüzlərlə traktoru Almaniya paytaxtının mərkəzinə toplayıb, tonqallar yandırıb. Ölkədə ötən həftənin əvvəlindən genişmiqyaslı etirazlar davam edir.
Mənbə: RT
Rəylər