Amerikanın Oklahoma ştatının Talsa şəhərində üzərində odlu silah yaraları olan dörd cəsəd tapılıb, Seattle Pi bildirib. Ehtimala görə bu ata, ana və onların 5 və 8 yaşında iki oğludur.
Kişini və qadını onlar işə gəlmədikdən sonra axtarmağa başlayıblar. Onların ev ünvanlarına gedən polis meyitləri aşkar edib.
Oxu.Az bu barədə Qazeta-ya istinadən xəbər verir.
İlkin məlumata əsasən ailə başçısı öz ailə üzvlərini güllələyib, sonra isə intihar edib. Polis idarəsində qeyd ediblər ki, cinayəti törətməkdə şübhəli bilinənlər axtarılmır.